“Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.
Bu barədə 19 sentyabr tarixində İnsanoid xəbər verir.
Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib.
Türkiyə başçısı Ermənistanın Zəngəzur dəhlizi olmaqla verdiyi vədləri yerinə yetirməsini gözlədiyini deyib və əlavə edib ki, Ermənistan bu tarixi fürsəti dəyərləndirməyib: “Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəklədik. Amma Ermənistan vədlərinə əməl etmədi”.
Ərdoğan Cənubi Qafqaz bölgəsindəki gərginliyin tezliklə başa çatacağına ümid etdiyini bildirib.