Argentinada keçirilən prezident seçkisinin ikinci mərhələsində Xavyer Miley ölkənın yeni Prezidenti seçilib. Bu barədə 20 noyabr tarixində Oxu.az məlumat verib.
Səsvermənin ilkin nəticələri elan olunandan sonra onun bir neçə min tərəfdarı Buenos-Ayres küçələrinə çıxaraq qələbəni qeyd ediblər.
Qeyd edək ki, ixtisasca iqtisadçı olan Xavyer Miley hesab edir ki, dövlətin insanların həyatına müdaxiləsi minimal olmalıdır. O, Mərkəzi Bankı ləğv edəcəyini vəd edir və milli valyutanın dollarla əvəzlənməsini təklif edir.