TÖVSİYƏ XƏBƏRLƏR

ASAN xidmət martın 7-də işləyəcək

“ASAN xidmət” mərkəzlərində martın 5-7-də iş günü olacaq. Bu haqda martın 5-də APA xəbər verib.

Məlumata əsasən, 8 Mart – Beynəlxalq Qadınlar Günü isə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bağlı olacaq.

Daha öncə, 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Bu iş və istirahət günlərinin ardıcıllığının təmin olunması üçün edilib.