TÖVSİYƏ XƏBƏRLƏR

Astarada 70-dən çox yaşı olan qadın öldürülüb

Astarada yaşlı qadın qətlə yetirilib. Bu barədə APA 10 noyabr tarixində xəbər verib.

Hadisə Astara rayonunun Kakolos kəndində qeydə alınıb. Yaşı təqribən 70 dən yuxarı olan qadın qətlə yetirilib. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər.

Qadının əvvəllər feldşer işlədiyi deyilir.

Faktla bağlı araşdırma davam etdirilir.