TÖVSİYƏ XƏBƏRLƏR

Astarada 77 yaşlı tibb bacısını qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Astarada 77 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Astara rayon sakinləri – 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 10-da baş verib.

Faktla bağlı araşdırma aparılır.