Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Astarada arvadını öldürən şəxs könüllü təslim olub

Astarada arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub. Bu barədə İnsanoid rayon prokurorluğuna istinadən bu gün, 18 mart tarixində xəbər verir.

Martın 18-i saat 15:00 radələrində 53 yaşlı Sevda Ramazanovanın xəsarət alması və 28 yaşlı Əfsanə Ramazanovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 32 yaşlı Fərmayil Əliyevin Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərinin birində kəsici-deşici alətlə qayınanası Sevda Ramazanova və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunu qətlə yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx