TÖVSİYƏ XƏBƏRLƏR

Astarada torpaq sürüşməsi olub: yol bağlanıb

Astara rayonunda torpaq sürüşməsi olub, yol bağlanıb. Bu barədə 25 sentyabr tarixində APA xəbər verib.

Torpaq sürüşməsi Astaranın Şiyəkəran kəndində baş verib və 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub.

Çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol tamamilə bağlanıb.

Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Əraziyə yaxınlaşmaq qadağan edilib, çünki sürüşmə hələ də davam edir.

Hazırda ağır texnikalar vasitəsilə Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.