TÖVSİYƏ XƏBƏRLƏR

Astarada ulaq qulaq dişləyib

Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib. Bu barədə Report 6 iyun tarixində xəbər verib.

Rayonun Pəlikeş kəndinin 41 yaşlı sakini Vəliyulla Əliabbasovun qonşusunun ulağı ona hücum edib.

Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq onun həm də qulağını dişləyib.

Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.

Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx