Aşura günü ilə bağlı avqustun 8-də qan verənlərin sayı açıqlanıb. Bu barədə TƏBİB məlumat yayıb.
Belə ki, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib. Bakı şəhəri üzrə bu rəqəm 1 295 nəfər təşkil edib.
Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəranda isə ümumilikdə 598 nəfər aksiyada iştirak edib.