TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Bu gün, avqustun 8-də Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

Aksiya 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir. Ünvanların siyahısı ilə link vasitəsilə tanış olmaq olar.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 18-65 yaş arası, çəkisi minimum 50 kiloqram olan sağlam şəxslər qan verə bilərlər. Qanvermədən əvvəl donor ac olmamalı, ən azı 2 saat əvvəl dəmir və proteinlə zəngin qidalar qəbul etməlidir. Siqaret çəkən şəxslər ən azı 1 saat əvvəl siqaret çəkməməlidirlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx