TÖVSİYƏ XƏBƏRLƏR

Aşura günü kimlər qan verə bilər?

Aşura günü 18-65 yaş arası, çəkisi minimum 50 kiloqram olan sağlam şəxslər qan verə bilərlər. Bu haqda avqustun 5-də Mərkəzi Qan Bankının müdiri Q.Ələkbərova Reporta məlumat verib.

Qanvermədən əvvəl donor ac olmamalı, ən azı 2 saat əvvəl dəmir və proteinlə zəngin qidalar qəbul etməlidir. Siqaret çəkən şəxslər ən azı 1 saat əvvəl siqaret çəkməməlidirlər.

Qan verməzdən öncə vətəndaş kifayət qədər su içməlidir və ağır fiziki işlərdən çəkinməlidir.

Qeyd edək ki, avqustun 8-də, məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

Qanvermə ünvanlarının siyahısı burada.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx