TÖVSİYƏ XƏBƏRLƏR

Aşura günü ilə bağlı 1 436 nəfər qan verib

Bu gün, avqustun 8-də Aşura günü ilə bağlı saat 12:00-dək 1 436 nəfər könüllü olaraq qanvermə aksiyasında iştirak edib. Bu haqda TƏBİB-dən APA-ya məlumat verilib.

Paytaxtda 1 013, Lənkəranda 87, Gəncədə 73, Şirvanda 63, Qubada 50, Sumqayıtda 47, Mingəçevirdə 43, Şəkidə isə 8 nəfər qan verib.

Qeyd edək ki, aksiya 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir. Ünvanların siyahısı ilə link vasitəsilə tanış olmaq olar.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx