Sentyabrın 7-də Biləsuvar rayonunun 1972-ci il təvəllüdlü Bəydili kənd sakini Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə 8 sentyabr tarixində Report Biləsuvar rayon Prokurorluğuna istinadən məlumat verib.
İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. O saxlanılıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.