TÖVSİYƏ XƏBƏRLƏR

Atasının adını daşıyan şəhid oğlu 1-ci sinfə gedib

Atasının adını daşıyan şəhid oğlu bu gün ilk dəfə məktəbə gedib. Bu barədə sentyabrın 15-də Unikal məlumat yayıb.

Leytenant Qabil Orucəliyev 2016-cı ilin Aprel döyüşlərində şəhid olub. Onun övladı həmin il martın 29-da dünyaya gəlib. Azyaşlı atasının ad-soyadını yaşadır.

Bu gün, həmçinin mərhumun doğum günüdür.

Qeyd edək ki, Q.Orucəliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx