Azərbaycan Respublikası Audiovizual Şurası “ATV” və “MTV” kanallarına xəbərdarlıq edib. Bu barədə İnsanoid oktyabrın 6-da şuraya istinadən xəbər verir.
“ATV” 4 oktyabr tarixində “uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbini pozub. Belə ki, “ATV” efirində saat 13:16-da “Çukur” serialındakı zorakılıq səhnəsi açıq nümayiş etdirilmişdir.
“MTV” efirində də eyni qanun pozuntusu müəyyən edilib. Belə ki, “Ümid ilə gəl” proqramında xanım müəllimlə aparıcı Tarix Əliyev arasında müəllimin şagirdləri döyməsi ilə bağlı dialoq olub və həmin dialoq zamanı aparıcı tərəfindən bu cür davranışlar təqdirlə qarşılanıb.
Qeyd edək ki, “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur.