2022-ci ilin avqust ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.
Məlumata əsasən, ümumilikdə 73 müraciət daxil olub. Onların 62-si qadın, 2-si kişi və 9-u uşaqdır. Müraciətlərin 40-ı psixoloji, 32-si fiziki və 1-i cinsi zorakılıqla bağlı olub.
Müraciət edənlərin əksəriyyəti əri (42), keçmiş əri (12) və valideynləri (10) tərəfindən zorakılığa məruz qalıb.