Avqustun 12-də azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 12-də Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Bu barədə DİM məlumat yayıb.

İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər iştirak edəcəklər:

1. Ümumi orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları;

2. Ümumi orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş imtahanda iştirak edərək qeyri-məqbul qiymət alan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər;

3. Daha əvvəl keçirilmiş imtahanlarda iştirak edərək qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri.

Şagirdlər buraxılış vərəqəsini və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni imtahanda nəzarətçiyə təqdim etməlidirlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx