Avqustun 12-də keçirilən Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olunub

Avqustun 13-də Azərbaycan dili fənni üzrə imtahanın nəticələri açıqlanıb. DİM-dən verilən məlumata görə, imtahanın nəticələri bugün saat 15:55-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən və ya FİN kodundan, abituriyentlər isə şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə nəticələri haqqında məlumatla tanış ola bilərlər. İştirakçılar nəticələri mobil nömrələri vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1138 nəfərdən 226 nəfəri imtahana gəlməyib. İmtahanların nəticələrinə əsasən 512 nəfər “məqbul” qiymət alıb.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Avqustun 12-də keçirilən Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olunub”

Tövsiyə xəbərlər