Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.
Dəniz suyunun temperaturu 27-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.