Avqustun 26 olan hava proqnozu: 37 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-26°, gündüz 34-37°, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacaq. Dəniz suyunun temperaturu 25-27° isti olacaq.

Avqustun 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Avqustun 26 olan hava proqnozu: 37 dərəcə isti olacaq”

Tövsiyə xəbərlər