Avqustun 28 Bakıda 36 dərəcə isti olacaq

Avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturu gecə 24-26°, gündüz 33-36° isti olacaq. Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacaq.

Dəniz suyunun temperaturu 25-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25°, gündüz 34-39°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Avqustun 28 Bakıda 36 dərəcə isti olacaq”

Tövsiyə xəbərlər