Avqustun 7-də Abşeronda havanın temperaturu 39° kimi qalxacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şənbə günü avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Abşeronda havanın temperaturu gecə 24-27° isti, gündüz 35-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində 26-28° isti olacaq. Abşeron yarımadasında günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx