TÖVSİYƏ XƏBƏRLƏR

Avropa çempionatında iştirak edəcək cüdoçularımız bəlli olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. Bu barədə oktyabrın 27-də Cüdo Federasiyasından bildirilib.

Çempionat sabah, oktyabrın 28-də baş tutacaq.

Cüdoçular ilk iki gündə fərdi mübarizədə, sonuncu gündə isə komanda yarışında iştirak edəcəklər.

“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilərdən:

  • Nazir Talıbov (60 kq),
  • Kənan İsmayılov (60 kq),
  • Ruslan Paşayev (66 kq),
  • Rəşid Məmmədəliyev (73 kq),
  • Nəriman Mirzəyev (73 kq),
  • Məhərrəm İmamverdiyev (81 kq),
  • İsmayıl Zamanov (90 kq),
  • Ruslan Nəsirli (100kq)

Qadınlardan:

  • Rəmilə Əliyeva (48 kq),
  • Könül Əliyeva (48 kq),
  • Aydan Vəliyeva (52 kq),
  • Aytac Qardaşxanlı (63 kq),
  • Sudabə Ağayeva (70 kq)
  • Nərmin Əmirli (78 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 30-da başa çatacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx