Avqustun 17-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında keçirilən Avropa çempionatının 7-ci turunda təmsilçilərimiz Gülnar Məmmədova və Gövhər Beydullayeva qələbə qazanıblar.
Gülnar Məmmədova belarus təmsilçisi Olqa Badelkaya, Gövhər Beydullayeva isə rusiyalı Yelan Semyonovaya qalib gəliblər.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.