Avropa Şurası Ermənistanı işğaldan azad olunmuş ərazilərinin mina xəritələrini verməyə çağırıb

Avropa Şurasının Miqrasiya məsələləri üzrə komitəsi sentyabrın 17-də Ermənistanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina xəritələrini verməyə çağırıb. Bu haqda Trend məlumat yayıb.

Komitə noyabrda atəşin dayandırılmasından sonra 159 azərbaycanlının minaya düşməsi nəticəsində ölməsi və yaralanması ilə bağlı təəssüfləndiyini ifadə edib.

Daha əvvəl, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının 293 hektar ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 piyada əleyhinə mina, 30 tank əleyhinə mina və 109 partlamamış hərbi sursat aşkarlanmışdır. Bu haqda ANAMA sentyabrın 13-də məlumat vermişdir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Avropa Şurası Ermənistanı işğaldan azad olunmuş ərazilərinin mina xəritələrini verməyə çağırıb”

Tövsiyə xəbərlər