3 futbolçu Azərbaycan millisindən uzaqlaşdırılıb. Bu haqda bu gün, 24 mart tarixində “İnsanoid” Report-a istinadən xəbər verir.
Yığmamızın baş məşqçisi Canni De Byazi AVRO-2024-ün I tur oyunu üçün futbolçuların son siyahısını təsdiqləyib.
Belə ki, 67 yaşlı mütəxəssis Ceyhun Nuriyevin (“Sabah”), Azər Salahlının (“Neftçi”) və Rüstəm Əhmədzadənin (“Zirə”) xidmətlərindən yararlanmamağı qərara alıb.
Matç bu gün Avstriyanın Linz şəhərindəki “Raiffeisen Arena”da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.