“Azərbaycan Dəmir Yolları”na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan “Azsamand” markalı avtomobil dəmiryol keçidində qatara çarpılıb. Bu barədə İnsanoid “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən bu gün, 29 avqust tarixində xəbər verir.
Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.
“ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini azaltmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”, – deyə QSC-dən bildirilib.