Bakıda avtomobil qaçırılıb. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazilriyi xəbər yayıb.
Hadisə Nizami rayonunda baş verib. Qaçırılan “Mercedes” markalı avtomobilin içərisində olan bank kartından 491 manat da çıxarılıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən maşın Lökbatan qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb. Şübhəli qismində şəhər sakini Z. Zeynalov saxlanılıb.
Araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.