TÖVSİYƏ XƏBƏRLƏR

Avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs tutulub

Binəqədi rayonunda gecə saatlarında avtomobilin şüşəsini qıraraq oradan oğurluq edən şəxs saxlanılıb. Bu barədə martın 17-də Report xəbər paylaşıb.

Məlumata görə, o, “Chevrolet” markalı avtomobilin salonundan pul oğurlayıb.

Nəticədə sözügedən şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. O, əvvəllər də məhkum olunub.

Faktla bağlı araşdırma davam edir.