TÖVSİYƏ XƏBƏRLƏR

AXA-ya sədr təyin olunub

Kənd Təsərrüfatı Nazirliyi(KTN) yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyinat olub. Bu barədə Report 2 oktyabr tarixində xəbər verib.

Nazir Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, yeni sədr Sərdar Hacıyevdir.

O, bundan əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub və yeni vəzifəsində Mirzə Əliyevi əvəz edib.