Nəsimi rayonunda axtarışda olan şəxs “Makarov” tapançası satmaq istəyən zaman saxlanılıb. Bu barədə 17 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törtəməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Mübariz Mirzəyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. M.Mirzəyev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək, satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.