TÖVSİYƏ XƏBƏRLƏR

“Ay Laçın” mahnısı gözdən əlilliyi olan Rəvanə Ağamirovanın ifasında – VİDEO

Laçın şəhəri günündə Ay Laçın” xalq mahnısını DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova ifa edib.

Bu barədə 26 avqust tarixində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər yayıb.

Rəvanə Ağamirova öz bacarığı və istedadı ilə “Əlillik qüsur deyil” devizini bir daha təsdiqləyir.

Gənc ifaçının yaradıcı potensialının inkişafına və cəmiyyətə tanıdılmasına dəstək verən Mərkəz birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.

R. Ağamirova bu Mərkəzə ötən il qəbul olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx