Azərbaycan Ağır Atletika Federasiyası yenidən təşkil olunacaq

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti avqustun 13-də federasiyanın yenidən təşkil olunmağı barədə əmr imzalayıb. Əmrə əsasən, baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov vəzifələrindən azad olunublar.

Federasiyanın prezidentinin sözlərinə görə, sentyabrın sonuna qədər yeni baş məşqçi və baş katib təyin olunacaq.

Bu qərar federasiya işçilərinin səhlənkarlığı və işinə məsuliyyətsiz yanaşmasına görə qəbul edilib.

Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən Azərbaycanın ağır atletlərinin dopinq qəbul etməsi ilə bağlı 6 hadisə qeydə alınıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan Ağır Atletika Federasiyası yenidən təşkil olunacaq”

Tövsiyə xəbərlər