TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan Asiyanın ən böyük müdafiə və təhlükəsizlik sərgisində iştirak edir

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi Asiyanın ən böyük müdafiə və təhlükəsizlik sərgisi olan 17-ci “Defence Services Asia 2022” (DSA 2022) sərgisində iştirak edir. Bu haqda 28 martda Azərbaycanın Malayziyadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin müxtəlif adlarda istehsal etdiyi müdafiə təyinatlı məhsullar nümayiş olunur.

Sərgi Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində martın 31-dək davam edəcək.