Azərbaycan cüdoçusu Zelim Kotsoyev milli komandaya qayıdıb. Bu haqda yanvarın 6-da Report məlumat verib.
Məlumata əsasən, 100 kq çəki dərəcəsində yer alan 24 yaşlı osetiyalı legioner yığmanın qarşıdakı toplanışlarında iştirak edəcək. O, məşqçilər və federasiya rəhbərliyi ilə danışıqlardan sonra bu qərara gəlib.
Zelim Kotsoyev Avropa çempionatlarının üçqat bürünc mükafatçısı, 2017-ci il Taybey Universiadasının qalibi olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Azərbaycan millisini tərk edib. Daha öncə idmançı karyerasını başa vurmaq istəyindən daşınıb.