Bu gün, fevralın 22-də Azərbaycan deputatlarının iştirakı ilə İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası baş tutub. Bununla bağlı Millət Vəkilləri Twitter hesablarında paylaşımlar ediblər.
“Qarabağ münaqişəsi sona çatıb və biz indi gələcəyə baxmalıyıq. Azərbaycan münaqişə tərəfdarı deyil, lakin hər hansı revanşist qüvvələrə cavab verməyə hazırdır”, – deyə Tahir Mirkişili çıxışında deyib.
Soltan Məmmədov vurğulayıb ki, regionda yeni reallıqlar yaradılıb və bu reallıqlar Avropa tərəfindən dəstəklənir: “Azərbaycanın mövqeyi tamamilə beynəlxalq qanunlarla üst-üstə düşür”.
İclasda nəzərə çatdırılıb ki, Azərbaycan tərəfindən bütün əsirlər Ermənistana geri qaytarılıb.
Bununla yanaşı, ötən gün AVRONEST Parlament Assambleyasının iclası çərçivəsində Azərbaycan, Gürcustan, Ukrayna nümayəndələrinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Hökumət başçısı Azərbaycanla dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edib. O, bunun regionda kommunikasiyaların açılması yönümündə əhəmiyyətli olacağını bildirib.
Daha sonra görüşdə mina xəritələrinin təhvil verilməsindən, sərhədlərin demilitasiya və demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən bəhs edilib.
Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşub və hələ də onlardan taleyi ilə bağlı heç bir məlumat yoxdur. pic.twitter.com/KgSWTOsD4S
— Soltan Mammadov (@SoltanMammadov) February 22, 2022