Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib

Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək İrəvanı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edib. Bu barədə sentyabrın 23-də Haaqada yerləşən məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan bildirib ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.

Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanma qaydası 4 mühüm istiqamət üzrə həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını və evlərini itirməsi nəticəsində dəyən ziyan, iqtisadi ziyan və insan inkişafına vurulan ziyan.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib”

Tövsiyə xəbərlər