Azərbaycan gömrükçüləri 10 200 ədəd “Marlboro Touch” siqareti aşkar edib

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobildən 10 200 ədəd “Marlboro Touch” markalı siqaret aşkaranıb. Bu barədə Dövlət Gömrük Komitəsi avqustun 13-də məlumat verib.

“Scania” markalı yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda  saxlanılıb. Yoxlama zamanı siqaretlər avtomobilin hava balonlarının içərisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 18 iyun tarixində Bakı şəhəri Yasamal rayonunda “Mercedes Benz” markalı avtomobildən 120 000 ədəd aksiz markasız siqaretlər aşkarlanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan gömrükçüləri 10 200 ədəd “Marlboro Touch” siqareti aşkar edib”

Tövsiyə xəbərlər