Azərbaycan gömrükçüləri dərman preparatları aşkarlayıb

Rusiyadan gələn avtomobillərdən 59 280 kapsul qida əlavələri, 1220 həb, 300 ampula dərman preparatları və 60 ədəd tibbi şam müsadirə edilib. Hadisə barədə Dövlət Gömrük Komitəsi sentyabrın 17-də məlumat yayıb.

Məlumata əsasən, “Mercedes-Benz” və “DAF” markalı yük avtomobilləri “Samur” postunda saxlanılıb. Gömrük nəzarətindən gizlədilən məhsullar yoxlama zamanı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, sentyabrın 14-də Rusiyadan ölkəyə gələn avtomobillərdən 7200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd inyeksiya üçün iynə, 94 ədəd vakum test borusu aşkar edilmişdir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan gömrükçüləri dərman preparatları aşkarlayıb”

Tövsiyə xəbərlər