Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nəzarət-keçid məntəqəsi quraşdırıb. Məntəqə Gorus-Qafan yolunda quraşdırılıb. Bu barədə görüntülər sentyabrın 11-də sosial şəbəkədə yayılıb.
DİN məsələ ilə bağlı aydınlıq gətirətək bildirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də DİN-in əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
“Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”, – DİN-in nümayəndəsi bildirib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.