Azərbaycanın 14 hərbçisi Türkiyədə keçirilən Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimlərində iştirak edir.
Bu məlumatı 10 avqust tarixində Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabında paylaşıb.
Daha əvvəl cari ilin fevral ayının 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin qonşu ölkənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.
Martın 27-dən isə Azərbaycan ordusunun hərbçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində iştirak edib.