TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan internetin ucuzluğuna görə TOP-20-yə düşüb

Azərbaycan internetin sərfəli tariflərinə görə TOP-20 ölkələr sırasında 16-cı yerdə qərarlaşıb. Bu barədə dekabrın 14-də APA məlumat paylaşıb.

Hesablamalara əsasən, Azərbaycanda internetin orta qiyməti 26,2 manatdır.

Təhlil zamanı 110 ölkənin 60 Mbit/s sürəti ilə aylıq limitsiz internet tarifləri müqayisə edilib.

Sıralamaya görə, ən sərfəli internet 9,96 manat təşkil edərək Ukraynadadır.

Genişzolaqlı internet qiymətlərinin müqayisəsi “Compare the Market” saytı tərəfindən aparılıb. Tariflər isə “Numbeo” qlobal məlumat bazasından götürülüb.