Cari ilin ilk 11 ayı ərzində Azərbaycan iqtisadiyyatına 11,7 milyard manat investisiya qoyulub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% azdır. Bu haqda Dövlət Statistika Komitəsinin 10 dekabr tarixində dərc edilmiş hesabatında deyilir.
Hesabata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,7%, qeyri neft-qaz sektoruna isə 12,9% azalıb. Vəsaitin 66,1%-i istehsal sahələrinə, 26,3%-i xidmət sahələrinə, 7,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.