Azərbaycanın Şimal-Qərb regionunun turizm potensialı artırılır

Dövlət Turizm Agentliyi Şimal-Qərb regionunda yerləşən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının turizm potensialının artırılması istiqamətində tədbirlər görür. Bunu sentyabrın 9-da Report-a açıqlamasında agentliyin yanında Azərbaycan Turizm Bürosunun nümayəndəsi bildirib.

Təşkilat həm Şəkinin, həm də ümumilikdə regionun turizm xəritələrini hazırlayıb. Bu xəritələri avtovağzallarda və dəmir yolu stansiyalarında yerləşdiriləcək. Bundan başqa, regionun braşurası da hazırlanıb. Braşurada gəzməli yerlər, abidə və muzeylər, piknik yerlərinə dair məlumatlar var.

Hazırda alban marşrutu üzrə iş aparılır. Məqsəd dağ-piyada marşrutlarını məşhur etməkdir. Şəkinin, Qaxın, Zaqatala və Balakənin tanınmayan yerlərinə infoturlar təşkil edilir.

Bundan başqa, büronun Gəncə, Quba və Lənkəranda da təşkilatları var. Onlar yerli turizm imkanlarının üzə çıxarılması istiqamətində çalışır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanın Şimal-Qərb regionunun turizm potensialı artırılır”

Tövsiyə xəbərlər