Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni rəhbəri general-leytenant Gennadi Anaşkin ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi sentyabrın 28-də məlumat verib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
Görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib. O, 2020-ci il noyabrın 10-dan 2021-ci il mayın 13-nə qədər Rusiya sülhməramlılarının komandanı olub.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.