Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb

Sentyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. İqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər. Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri barədə həmkarına ətraflı məlumat verib.

Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb”

Tövsiyə xəbərlər