Azərbaycanın yanğınsöndürənləri Türkiyədən qayıdır

Türkiyəyə meşə yanğınlarının söndürülməsi üçün göndərilən yanğın-xilasetmə qüvvələrinin avqustun 15-də və 16-da Azərbaycana qayıdacaqları gözlənilir. Bu barədə FHN-nin nümayəndəsi bildirib.

“Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcəyik. Hazırda 350 şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək”, – deyə Nazirliyin rəsmisi bildirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanın yanğınsöndürənləri Türkiyədən qayıdır”

Tövsiyə xəbərlər