TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan neftinin 77%-i Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur

2022-ci ilin yanvar-fevral aylarında magistral neft kəmərləri vasitəsilə 5,6 milyon ton Azərbaycan nefti nəql edilib. Bunun 77%-i Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinin 14 mart tarixində dərc etdiyi hesabatda deyilir.

Məlumata əsasən, sözügedən kəmər vasitəsilə 800 min tondan çox tranzit nefti də nəql edilib.

Sözügedən dövrdə 7 milyard kubmetrə yaxın qaz ötürülmüşdür ki, bunun da 47%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

Qeyd edək ki, 2021-ci ildə magistral neft kəmərləri vasitəsilə 35 milyon ton Azərbaycan nefti nəql edilib.