Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb. Bu barədə noyabrın 26-da Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Zakir Həsənov mərasimə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.
“Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı”nı qəbul edib.
Bundan əlavə, nazir şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.
Video: YouTube Azərbaycan Respublikası Müdafiə Nazirliyi