Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri keçirilir. Bu barədə fevralın 12-də Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin planına əsasən, komandolar təxribat hazırlığında olan şərti düşmən qruplaşmasını zərərsizləşdirib.
“Keçirilən məşqlərdə əsas məqsəd komandoların xüsusi texnikalarla hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin bacarıqla tətbiq edilməsidir”, – deyə nazirlikdən əlavə edilib.